Səhifəmizə xoş gəlmişsiniz!

Narzone.az – səhifəsi Nar istifadəçilərinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Burada siz əyləncə xarakterli məzmunlar-musiqi, oyun, şəkillər və videolar, viktorina, məsləhətlər və həmçinin məlumat xarakterli xidmətlər əldə edə bilərsiniz.

İstifadə qaydaları:

Nar Əyləncə Klubu- siz burada internet trafikinə görə pul ödəmədən maraqlı məzmunlar yükləyə bilərsiniz. Musiqi, video, oyun və şəkillər kimi məzmunların əldə olunması üçün bizim əyləncə klubuna üzv olmalısınız.

Nar Əyləncə Klubuna qoşulma PULSUZdur. Birinci gün üçün sizə PULSUZ 50 Nar veriləcək, daha sonra isə hər gün üçün cəmi 0,2 AZN ödəniş əvəzində mütəmadi 45 Nar veriləcək. Nar Əyləncə Klubu üzvləri bu Nar-ların əvəzində seçdikləri müvafiq məzmunu əldə edə biləcəklər.

Bundan başqa siz istədiyiniz zaman əlavə Nar-lar əldə etmək imkanınız da mövcuddur. Bunu siz aşağıdakı cədvələ müvafiq açar sözləri 5556 nömrəsinə göndərərək və ya birbaşa intenet səhifəmizdən müvafiq düyməni seçərək edə bilərsiniz:


Açar söz Qiymət Xalın məbləği
10 0.10 AZN 10
30 0.15 AZN 30
45 0.20 AZN 45
70 0.25 AZN 70
100 0.30 AZN 100

Nar Əyləncə Klubuna PULSUZ qoşulmaq üçün mobil telefonunuzdan Nar sözünü 5556 qısa nömrəsinə göndərmək kifayətdir. Siz bunu həm də internetə çıxışı olan mobil telefonunuzdan və ya kompüterinizdən birbaşa edə bilərsiniz:

- Mobil telefonunuz əgər Nar internet şəbəkəsindən istifadə edirsə, bu zaman istədiyiniz məzmunun və ya Nar Əyləncə Klubunun müvafiq banerini seçirsiniz açılan səhifədə “Qoşul” düyməsini işarələyirsiniz.

- Mobil telefonunuz əgər Nar internet şəbəkəsindən istifadə etmirsə və ya siz səhifəyə kompüter vasitəsilə daxil olmusunuz sa, bu zaman istədiyiniz məzmunun və ya Nar Əyləncə Klubunun müvafiq banerini seçirsiniz açılan səhifədə “Qoşul” düyməsini işarələyirsiniz. Bu zaman sizdən Nar nömrənizi daxil etməyiniz xahiş ediləcək, nömrəni daxil etdikdə sizə unikal kod qısa mesaj (SMS) vasitəsilə göndəriləcək. Siz bu kodu daxil edərək öz şəxsi kabinetinizə daxil olacaqsınız.

- İlk qeydiyyatdan sonra Nar internet şəbəkəsindən istifadə edən mobil telefonunuzla yenidən səhifəmiza daxil olduqda, əgər Nar Əyləncə Klubuna üzvlüyünüz aktivdirsə, artiq təkrar qeydiyyata ehtiyac yoxdur.

Digər əyləncə və məlumat xarakterli abunəlik xidmətləri: Siz bu xidmətlərdən Nar Əyləncə Klubuna üzv olmadan istifadə edə bilərsiniz. Bu xidmətlərə siz aşağıdakı formada daxil ola bilərsiniz:

- Mobil telefonunuz əgər Nar internet şəbəkəsindən istifadə edirsə, bu zaman istədiyiniz xidməti seçirsiniz açılan səhifədə “abunə ol” düyməsini işarələyirsiniz.

- Mobil telefonunuz əgər Nar internet şəbəkəsindən istifadə etmirsə və ya siz səhifəyə kompüter vasitəsilə daxil olmusunuz sa, bu zaman istədiyiniz xidməti seçirsiniz açılan səhifədə “abunə ol” düyməsini işarələyirsiniz. Bu zaman sizdən Nar nömrənizi daxil etməyiniz xahiş ediləcək, nömrəni daxil etdikdə sizə unikal kod qısa mesaj (SMS) vasitəsilə göndəriləcək. Siz bu kodu daxil xidmətdən istifadəyə başlayacaqsınız.